Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri filologiya fakültəsində
20/09/2016Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri filologiya fakültəsində Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlu Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında qonaq olub. Kafedra müdiri, professor Səhər Orucova İrfan Nəsrəddinoğlunu kafedranın işlərilə tanış edib. Görüşdə folklorşünas alim İrfan Nəsrəddinoğlu Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professor-müəllim heyəti, o cümlədən Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev ilə folklorşünaslığın aktual məsələləri ətrafında müzakirələr edib. O, yaxın gələcəkdə aktual məsələlər ətrafında konfransların təşkili ilə bağlı təkliflər yürüdüb.
