Home AZ | EN | RU

“Türkoloji araşdırmalar” ETL elmi tədqiqat işlərinin nəticələrinə dair onlayn iclas keçirib

20/11/2020

BDU-nun Filologiya fakültəsi “Türkoloji araşdırmalar” ETL elmi tədqiqat işlərinin nəticələrinə dair onlayn iclas keçirib. İclası giriş sözü ilə açan laboratoriyanın aparıcı elmi işçisi Ülviyyə Hüseynova bildirib ki, cari ilin yekunlaşması ilə əlaqədar əməkdaşlar illik hesabatlarını və növbəti üç il üzrə elmi tədqiqat işlərinin planını təqdim etməlidir. O, iclas iştirakçılarını bir daha hesabatların hazırlanması qaydaları ilə tanış edib və növbəti illərdə yerinə yetiriləcək planla bağlı təkliflərin müzakirə olunmasının zəruriliyini diqqətə çatdırıb.
Sonra əməkdaşlar cari ildə görülən işlərlə bağlı hesabat veriblər. Çıxışlarda o da ayrıca vurğulanıb ki, ölkəmizdə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, əməkdaşlar respublika və beynəlxalq səviyyəli virtual elmi-mədəni tədbirlərdə aktiv iştirak edib, müxtəlif mövzularda məruzələr ediblər.
Hesabatların dinlənilməsindən sonra 2021-2023-cü illərdə icrası nəzərdə tutulan elmi tədqiqat işlərinin planı ilə bağlı təkliflər səsləndirilib və tövsiyə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bookmark and Share