Home AZ | EN | RU

“Türkoloji araşdırmalar” ETL-in əməkdaşı “BDU – elm və təhsilin qovuşduğu məkan” adlı konfransda məruzə edib

29/03/2022

Bakı Dövlət Universitetində (BDU) 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “BDU – elm və təhsilin qovuşduğu məkan” mövzusunda konfrans keçirilib. Konfransda müxtəlif elm sahələri üzrə beş məruzə dinlənilib.
Konfransda Filologiya fakültəsi “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov “Müasir türkologiya: problemlər və perspektivlər” adlı məruzə ilə çıxış edib. Məruzədə türkologiyanın müasir problemləri - türklərin mənşəyi və türk etnosunun təşəkkülü, türklərin diferensiasiyası və türk xalqlarının formalaşması, müasir türk dünyasında inteqrasiya və diferensiasiya məsələləri, habelə türk dillərinin təsnifi, ümumtürk ədəbi dili və ya türklər üçün ortaq ünsiyyət dili problemləri haqqında məlumat verilib, Ural-Altay nəzəriyyəsi ətrafında aparılan müzakirələrdən, yox olma təhlükəsi qarşısında qalan türk dillərindən, türk dillərinin öyrənilməsi tarixinin araşdırılmasından, müasir dövrdə türkologiya üzrə kadr hazırlığının mühüm məqamlarından və qarşıda duran əsas vəzifələrdən söz açılıb.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bookmark and Share