"Türkoloji araşdırmalar” ETL-in əməkdaşı “Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfransda məruzə edib
04/04/2016AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfrans keçirilib. Tədbirdə İnstitutun direktoru Möhsün Nağısoylu, Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli, İnstitutun şöbə müdirləri, dilçi alimlər, KİV nümayəndələri iştirak ediblər.
- Pərvin Eyvazov 7-ci sinif “Azərbaycan tarixi” dərsliyi və 8-ci sinif “İnformatika” dərsliyində ədəbi dil normalarının pozulması halları ilə bağlı maraqlı məruzə edib, dərsliklərdəki dil və üslub problemləri barəsində ətraflı danışmışdır. Sonda KİV nümayəndələrini, mütəxəssisləri və qonaqları maraqlandıran suallar cavablandırılıb.
