Home AZ | EN | RU

Türkoloji dərnək “Türklər üçün ortaq ünsiyyət dili” adlı virtual konfrans keçirib

08/05/2020

8 may 2020-ci il tarixində BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Türkoloji dərnəyin təşkilatçılığı ilə “Türklər üçün ortaq ünsiyyət dili” adlı virtual konfrans keçirilib. Fakültə dekanı dosent Elçin Məmmədovun açılış nitqindən sonra ABŞ-ın Miçiqan Dövlət Universitetinin professoru Timur Kocaoğlu və Türkiyənin Kırıkkale Universitetinin professoru Bilgehan Atsız Gökdağa söz verilib.
Konfransda BDU-nun Türkologiya kafedrasının müəllimləri: professorlar Məmmədəli Qıpçaq, Məhərrəm Məmmədli və dosent Qızılgül Abdullayeva, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi dosent Elçin İbrahimov çıxış ediblər. Məruzəçilər türkologiyanın aktual problemlərindən biri olan türk xalqları üçün ortaq ünsiyyət dili məsələsi ətrafında fikirlərini səsləndiriblər.
Məruzələr bitdikdən sonra onlayn konfransın moderatoru Gülnar Axundova konfrans iştirakçılarının suallarını məruzəçilərə çatdırıb və mövzu üzərində müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən türkiyəli türkoloq və səyyah Mehmet Gültəkin, Filologiya fakültəsinin əməkdaşları: dosentlər Əliheydər Ağakişiyev, Afaq Məmmədova və AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı fil.f.d. Qətibə Vaqifqızı da məsələyə münasibət bildiriblər.
Daha sonra Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəli bu konfransın ərsəyə gəlməsindən danışıb, bu cür tədbirlərin davamlı olacağını söyləyib. Sonda dosent Elçin Məmmədov bağlanış nitqi ilə çıxış edib.
Onlayn konfransı bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=qg4ohqibj50

Bookmark and Share