Home AZ | EN | RU

Türkoloji dərnəyin təşkilatçılığı ilə dos. dr. Atıf Akgünün “Balkanlarda türk ədəbiyyatı” adlı onlayn seminarı keçirilib

26/05/2020

25 may 2020-ci il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdindəki Türkoloji dərnəyin təşkilatçılığı ilə Ege Universiteti - Türk Dünyası Araşdırmaları İnstitutunun  müəllimi, dosent Atıf Akgünün “ Balkanlarda türk ədəbiyyatı” mövzusunda onlayn seminarı keçirilib. Seminara fakültənin tələbələri ilə yanaşı, BDU-nun Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, professor Atilla Jorma, Beynəlxalq Vizyon Universitetinin rektoru,  professor Fadil Hoca, yazıçı Özgün Dikmen, Balkan türk folklorşünası Gülçin Balat da qatılıb.
Tədbir TEC-in sədri, Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəlinin giriş sözü və  BDU-nun Filologiya fakültəsinin əməkdaşı, TEC-in elmi rəhbəri Gülnar Axundovanın hazırladığı təqdimat xarakterli videoçarxla başlayıb. Məruzəçi Atıf Akgün  Balkan ölkələrindəki türk xalqlarının tarixindən, ədəbiyyatlarından, eləcə də bu istiqamətdə aparılmış tədqiqatlardan söz açaraq iştirakçıları mövcud mənbələrlə tanış edib. Sonra  türkiyəli alim dinləyicilərin suallarını cavablandırıb. Sonda məruzəçiyə Filologiya fakültəsinin dekanı tərəfindən imzalanmış sertifikat təqdim olunub.
Seminarı bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=kBRcWq2rQxg

Bookmark and Share