Home AZ | EN | RU

Türkoloji dərnəyin təşkilatçılığı ilə Dr. Timur B. Davletovun “Türklərin qədim dini və mədəniyyəti - Şamanizm” adlı onlayn seminarı keçirilib

18/05/2020

17 may 2020-ci il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdindəki Türkoloji dərnəyin təşkilatçılığı ilə Beynəlxalq Şamanizm Araşdırmalar Mərkəzinin müdiri, Dr. Timur B. Davletovun “Türklərin qədim dini və mədəniyyəti - Şamanizm” mövzusunda onlayn seminarı keçirilib. Seminarda Filologiya fakültəsinin tələbələri və müəllimləri ilə yanaşı, Azərbaycandan və Türkiyədən müxtəlif elm adamları da iştirak edib. Tədbir məruzəçi - Beynəlxalq Şamanizm Araşdırmalar Mərkəzinin müdiri, Dr. Timur B. Davletov haqqında BDU-nun Filologiya fakültəsinin əməkdaşı, TEC-in elmi rəhbəri Gülnar Axundovanın hazırladığı təqdimat xarakterli videoçarxla başlayıb. Məruzəçi Timur Davletov  şamanizmin tarixindən, ənənələrindən, eləcə də tədqiqatlardan söz açaraq digər dinlərlə müqayisə edib. Sonda  TEC-in sədri, Türkoloji dərnəyin rəhbəri, moderator Məleykə Mirzəlinin səsləndirdiyi  dinləyicilərdən gələn suallar cavablandırılıb. Məruzəçiyə Filologiya fakültəsinin dekanı tərəfindən imzalanmış sertifikat təqdim olunub.
Konfransı bu linkdən izləyə bilərsiniz: https://youtu.be/HYNTXPbwOaI

Bookmark and Share