Home AZ | EN | RU

Universitetin rus bölmələri üçün yeni dərslik çap olunub

18/10/2016

Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimləri dos. S.M.Mərdanova və dos.əvəzləri Ş.A.Abasova və X.F.Manaflının birgə müəllifliyi ilə çapdan çıxmış “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərs vəsaiti ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyəti məsələləri paralel şəkildə izah edilib. Azərbaycan  ədəbi dili və normaları, natiqlik sənəti və onun tarixi, ixtisaslar üzrə nitq mədəniyyəti məsələləri geniş şərh olunub.

Daha öncəki illərdə kafedranın dosenti Nailə Məmmədovanın “Azərbaycan dili və ədəbiyyat dərslərində yazılı nitqin inkişaf etdirilməsi” adlı metodik göstərişi çap olunmuşdur.(2015) Bunlarla yanaşı daha bir dərs vəsaiti və iki metodik göstəriş də çapa hazırdır.

Bookmark and Share