Home AZ | EN | RU

“V.S.Blant və onun “Bəraət almış İblis” əsəri” mövzusunda elmi seminar

20/10/2022

BDU-nun Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında V.S.Blant və onun “Bəraət almış İblis” əsəri” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Nərmin Həsənova bildirib ki, XIX əsrdə ingilis siyasəti Şərqdə daha aqresiv forma almağa başlayır. İngilis şairi V.S.Blant bütün yaradıcılıq boyu Şərqdə Avropa ölkələrinin kolonial siyasətinin əleyhinə çıxmışdır. Blantın “Bəraət almış İblis”i Şərqi Sudanda baş vermiş hadisələrdən sonra yazılmışdır. Bu əsərin ideyası ingilis filosofu Spenserə aid idi: “Spenser Blanta poema yazmağı təklif edib. Şair Şərqi tanıyırdı və sevirdi, xüsusilə, Ərəb Şərqini. Blantın İblisi nəinki Höte və Bayronda olan obrazı davam edir, o hətta onlardan fərqlənir. Bu əsərdə Blant dünya ədəbiyyatında ənənəvi olan İblis obrazına müaciət edib, hətta bu obrazı müasirləşdirməyi bacarmışdır. Blantın İblisini H.Cavidin İblisinə daha yaxın hesab etmək olar”.
Məruzədə qeyd olunub ki, V.S.Blantın və H.Cavidin İblis obrazına müraciət etmə səbəbləri qanlı hərbi hadisələr olub. Hər iki şair insanın mənəvi alçalmasını göstərmişdir. Beləcə insan İblisə çevrilmişdir. Həm Blant, həm də H.Cavid İblis obrazı ilə insanların üzündən riyakarlığın maskasını çıxartmağa, insanların həyatında hökmdarlıq edən əsl zülmü göstərməyə çağırıblar. Onlar Allaha qarşı yox, kin, paxıl, qəddarlıq kimi ölümcül xəstəliklərə yoluxmuş müasir cəmiyyətə qarşı çıxış edirlər.

Bookmark and Share