Xalq şairi Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib.
15/12/2016Filologiya fakültəsində Xalq şairi Vaqif Səmədoğlunun vəfatından sonra nəşr edilmiş “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində iştirak edən şairin həyat yoldaşı, kitabın tərtibçisi və redaktoru Nüşabə xanım Vəkilova, Filologiya fakültəsinin dekanı, fil.f.d. Elçin Məmmədov, prof. Tofiq Hüseynoğlu, şairin yaradıclığının tədqiqatçısı, ədəbiyyatşünas İradə Musayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, fakültədə fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin rəhbəri, dosent Məti Osmanoğlu və tələbələr çıxış edib. Tədbirdə Vaqif Səmədoğlunun şeirləri səsləndirilib, pritçaları və poeziyası haqqında fikirlər, mülahizələr söylənilib, şairlə bağlı xatirələr yad olunub.
