Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
01/05/2014Tədbirdə dövlət və hökümət rəsmiləri, elmi və ədəbi ictimaiyyətin tanınmış nümayəndələri, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkəmizdə elm, təhsil və nmədəniyyətə dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq Yazıçısı İlyas Əəfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 16 yanvar tarixli Sərəncamı bunun əyani təzahürüdür.
Bildirmişdir ki, İ.Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmişdi sənətkarlardandır. Diqqətə çatdırılmışdır ki, ədəbiyyatımızım və teatrımızın inkişafında özünəməzsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Sonra İ.Əfəndiyev haqqında film nümayiş olunub.
Konfransda bədii ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmış İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında məlumat verilib.
Daha sonra BDU-nun professoru Tofiq Hüseynoğlu ədibin yaradıcılığından bəhs edən "O həmişə bizimlədir" adlı məruzə ilə çıxış edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəzimi adına Dilçilik İnstitunun direktoru, professor Tofiq Hacıyev də İlyas Əfəndiyev haqqında dəyərli fikirlər söyləyib.
Univeristetin Dram Dərnəyinin üzvlərinin İlyas Əfəndiyevin " Unuda bilmirəm", "Xurşidbanu Natəvan", " Sən həmişə mənimləsən" əsərləri əsasında hazırladıqları səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Xalq yazışısı, Baş nazirin müavini Elçin Əfəndiyev tədbirdə çıxış edərək atasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
BDU-nun və AMEA-nın Nəsimi adına Dilçilik İstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans mayın 2-də də davam etdirilib.
