Yaponiya Səfirliyindən təşəkkür məktubu
27/01/2015Yaponiyanın Xarici İşlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti 19 yanvar 2015-ci il tarixində Bakı Dövlət Universitetində olub, rektor, akademik Abel Məhərrəmov ilə görüşüb. Nazir müavini ölkəsinə qayıtdıqdan sonra universitetin rəhbərliyinə Yaponiyanın Azərbaycandakı Səfirliyi vasitəsilə səmimi qəbul üçün öz təşəkkürlərini göndərib. Nazir müavini ən xoş arzularını yetirərək, keçirilən görüşdən çox məmnun olduğunu, eləcə də, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində göstərilən dəstəyi və əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.
