Home AZ | EN | RU

Yeni kitabın təqdimat mərasimi

08/12/2011

Dünya ədəbiyyatı kafedrasının professoru Əmirxan Xəlilovun “Dünya ədəbiyyatı” (I cild, 2011) adlı dərs vəsaitinin filologiya fakültəsində təqdimat mərasimi keçirilmişdir. Tədbirdə fakültənin professor və müəllim heyəti, həmçinin magistr və tələbələr də iştirak etmişdir. Fakültə dekanının müavini, dosent Nizami Xəlilov dərs vəsaiti barədə ətraflı məlumat verərək qeyd etdi ki, professor Əmirxan Xəlilov kitabında dünya ədəbiyyatının korifeyləri – Homer, Hesiod, Dante, Petrarka, Tasso, Kamoens, habelə dahi alman mütəfəkkiri və  yazıçısı Hötenin yaradıcılığı haqqında geniş ədəbi oçerklər verilmişdir.

AMEA-nın müxbir üzvü Azad Nəbiyev, prof. Cəlil  Nağıyev, prof. Yusif Seyidov, prof. Tofiq Hüseynov, dos. Məhəmməd Məmmədov, qonaqlardan  “Yeganə yol” qəzetinin baş redaktoru, şair Firdovsi Cəfərxan çıxış edərək dərs vəsaitinin məziyyətlərindən  ətraflı danışdılar.

Tədbirin sonunda prof. Əmirxan Xəliliov auditoriyanın suallarına cavab verdi.

Bookmark and Share