Home AZ | EN | RU

Özbəkistanlı türkoloq Filologiya fakültəsində mühazirə oxuyub

04/04/2017

Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin elmi işçisi,  filologiya elmləri namizədi Eldar Asanov BDU-nun Abay Mərkəzi və Türkologiya  kafedrasının təşəbbüsü ilə Filologiya fakültəsində mühazirə oxuyub. Dil və mədəniyyət ortaqlığının iki qardaş xalqları birləşdirən əsas amil olduğunu deyən E.Asanov özbək dili və ədəbiyyatının dinamikası haqqında danışıb, 15-ci əsrə kimi olan özbək və Azərbaycan ədəbiyyatına  sırf ümimtürk ədəbiyyatı kontekstində baxılmalı olduğunu bildirib. "Orta Asiya türk runa yazılarının tipologiyası və linqvistik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyən alim, eyni zamanda, qədim türk və türk dilləri, sosiolinqvistika ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir.

Bookmark and Share