Home AZ | EN | RU

Zəfər Gününə həsr olunmuş qiraət müsabiqəsi

07/11/2023

Filologiya fakültəsi üzrə BDU Könüllülərinin nəzdində fəaliyyət göstərən “Retro filologiya klubu”nun təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Sevimli şairim, sevimli şeirim” başlığı altında qiraət müsabiqəsi keçirilib. 8 fakültədən tələbələrin qatıldığı müsabiqənin münsiflər heyətinin üzvü “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-nin elmi işçisi Samirə Məmmədova və Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşı Fikrət İsmayılov olub. Heyətin yekun qərarına əsasən, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi Asiman Bayramlı I yerə, Filologiya fakültəsinin tələbəsi Validə Bayramlı II yerə, Jurnalistika fakültəsinin tələbəsi Güllü Hacıyeva III yerə layiq görülüb. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

 

Bookmark and Share