Home AZ | EN | RU

Akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib

28/04/2022

Aprelin 28-də BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər və Könüllülər təşkilatlarının birgə təşəbbüsü ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədr müavini Aydan Rüstəmzadə görkəmli alimin gələcək nəsillərə örnək ömür yolundan danışıb.
Sonra Filologiya fakültəsi Könüllülər təşkilatının sədr müavini Rəvan Quliyev, təşkilatın idarə heyətinin üzvləri - Fidan Məhərrəmova və Aynurə Abbaszadə akademik Zərifə Əliyevanın elmi yaradıcılığı, tibb elminə verdiyi misilsiz töhfələr haqqında məlumat verib, Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi yüksək ziyalı keyfiyyətləri və vətəndaşlıq məsuliyyətindən, insanlara və onların problemlərinə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan cəmiyyətindəki nüfuzundan söz açıblar.
Tədbirdə Tələbə Gənclər və Könüllülər təşkilatlarının birgə hazırladıqları videoçarx nümayiş etdirilib.

Bookmark and Share