Home AZ | EN | RU

Xəbərlər

Mehri Xatunun “Divan”ı Azərbaycan dilində
16/03/2011

Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in baş elmi işçisi filologiya elmləri doktoru Ramiz Əskərin tərcüməsində Türkiyənin məşhur şairi Mehri Xatunun “Divan”ı Azərbaycan dilində çapdan çıxmışdır.

| Ətraflı


Qardaş xalqlar ədəbiyyatı
31/01/2011

         2011-ci ilin yanvar ayında Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in baş elmi işçisi filologiya elmləri doktoru Ramiz Əskərin özbək və türkmən xalqlarının ədəbiyyatına aid üç tərcümə kitabı nəşr olunmuşdur.

1. Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, 2011

2. Sultan Hüseyn Bayqara. Divan. Bakı, 2011

3. Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, 2011

        

| Ətraflı


Yeni elmi-tədqiqat laboratoriyası
25/12/2010

Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyası açılmışdır. Həmin laboratoriyanın 2010-cu il dekabrın 10-dan fəaliyyətə başlaması haqqında BDU rektoru akademik A.M.Məhərrəmovun əmri olmuşdur.

| Ətraflı


Xalq yazıçısı ilə göruş
14/12/2010

2010-cu il noyabrın 13-də filologiya fakültəsində Xalq yazıçısı Əkrəm Əylisli ilə göruş keçirilib.

| Ətraflı


Hüseyn Cavid-128
08/12/2010

2010-cu il dekabrın 3-də görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 128 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

| Ətraflı


“Təhsildə innovativ metodlardan istifadə” adlı bir günlük seminar keçirildi
07/11/2010

06 noyabr 2010 – cu il tarixdə filologiya fakültəsində BETİ şöbəsinin Müasir təhsil və tədrisə yardım mərkəzinin proqram direktoru,  tətbiqi psixologiya və gender kafedrasının dosenti E.Kazımzadə ilə birlikdə təşkil etdikləri “Təhsildə innovativ metodlardan istifadə” adlı bir günlük seminar keçirildi.Seminarda  praktik və nəzəri rus dili kafedrasının muəllimləri iştirak edirdilər.

| Ətraflı


Seminar keçiriləcək
04/11/2010

 6 noyabr 2010 –cu il tarixdə saat 12- də BDU-nun filologiya fakültəsində  BETİ- şöbəsinin təşkil etdiyi  “Инновативные стратегии обучения и преподавания в вузе”  adlı bir günlük   seminar keçiriləcək.

| Ətraflı


Poressor Cəfər Xəndan Hacıyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
21/05/2010

2010-cu il   mayın 20-də  BDU-nun Böyük akt zalında  görkəmli  ədəbiyyatşünas , tənqidçi və ictimai xadim poressor  Cəfər Xəndan Hacıyevin 100 illiyinə  həsr olunmuş  tədbir keçirildi.Tədbirdə filologiya fakültəsinin professor –müəllim heyəti və  tələbələri yaxından  iştirak etdilər.Tədbiri giriş sözü  ilə BDU-nun rektoru Abel Məhərrəmov açdı. Filologiya fakültəsinin dekanı prof. Elbrus Əzizovun, prof. Tofiq Hüseynoğlunun  məruzələri dinlənildi. Sonra akademik  Bəkir Nəbiyev, akad. Ağamusa Axundov ,  şair Nəriman Həsənzadə, prof.Pənah Xəlilov, prof.Yusif Seyidov, prof. Abuzər Xələfov  Cəfər Xəndan haqqında xatirələrini danışdılar.

| Ətraflı


Rəsul Rzanın 100 illiyinə həsr olunmuş tədbir
19/05/2010

2010-cu il  mayin -18- də filologiya fakültəsinin S.Vurğun adına poeziya ocağında Azərbaycanın xalq şairi,  Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın 100 illiyinə  həsr olunmuş  tədbir keçirilmişdir.Tədbirdə  prof.İfrat Əliyeva “ Rəsul Rzanın yaradıcılığı”, prof. Elbrus Əzizov “ R. Rza yaradıcılığında vətənpərvərlik  ideyalarının ifadəsi” mövzularında məruzələr etdilər.

| Ətraflı


Filologiya fakültəsində təqdimat keçirildi
13/04/2010

       12 .04.2010  tarixdə filologiya  fakültəsində  Elmi Kitabxanada  Beynəlxalq  İnformasiya  əlaqələri  bölümünün  müdüri  Cəmilə Yusifovanin" Elektron resurslardan istifadə  yolları"  adlı  təqdimatı  keçirildi.

| Ətraflı


Rektor olimpiada qaliblərini təşəkkür elan edib
16/03/2010

2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi ali məktəb tələbələrinin XIV  Respublika fənn olimpiadasında Filologiya fakültəsinin tələbələri uğurla iştirak etmiş və layiqli yerlər qazanmışlar

| Ətraflı


Novruz şənliyi
15/03/2010

2010-cu il martın 14-də  filologiya fakültəsinin tələbələri Novruz bayramına həsr olunmuş şənlik keşirmişlər.

| Ətraflı


Xalq şairi Zəlimxan Yaqubla göruş
08/03/2010

     2010-cu il martın 6-da Filologiya fakültəsində ədəbiyyat dərnəyinin növbəti məşğələsində  Xalq şairi Zəlimxan Yaqubla göruş olmuşdur.

| Ətraflı


Dissertasiya Şurasında
04/02/2010

2010-cu il yanvarın 29-da Dissertasiya Şurasının növbəti iclasında Azərbaycan dilçiliyi kafedrasının aspirantı Vəliyeva Səbinə Xansuvar qızı “ Müasir Azərbaycan dilində söz tərkibinin müəyyənləşməsinin qrammatik-semantik əsası “ mövzusunda fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

| Ətraflı


Ədəbiyyat dərnəyinin uğuru
28/01/2010

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəkkür məktubu

| Ətraflı


Dissertasiya Şurasında
01/01/2010

2010-cu il yanvarın 29-da Dissertasiya Şurasının növbəti iclasında Azərbaycan dilçiliyi kafedrasının aspirantı Vəliyeva Səbinə Xansuvar qızı “ Müasir Azərbaycan dilində söz tərkibinin müəyyənləşməsinin qrammatik-semantik əsası “ mövzusunda fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

| Ətraflı


Doktorluq dissertasiyasının müdafiəsi
05/06/2009

2009-cu il mayın 30-da BDU nəzdində filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın müdafiəsini keçirən Birdəfəlik Dissertasiya Şurasının iclasında (Sədr: prof. Elbrus Əzizov, elmi katib prof. Məmmədəli Novruzov) Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Əskərov Ramiz Baxşəli oğlu filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün «Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin morfologiyası» mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

| Ətraflı


Dissertasiya Şurası
06/05/2009

Bakı Dövlət Universiteti nəzdində filologiya elmləri üzrə doktorluq və namizədlik dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurası 2009-cu ilin aprel ayından fəaliyyətə başlamışdır

| Ətraflı


Mehdi Hüseynin anadan olmasının 100 illiyi
29/04/2009

2009-cu il aprelin 24-də BDU-nun Dəyirmi akt zalında görkəmli yazıçı, tənqidçi və ictimai xadim Mehdi Hüseynin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

| Ətraflı


Mir Cəlalın seçilmiş əsərlərinin üçcildliyi çap olunmuşdur
29/04/2009

«Çaşıoğlu» nəşriyyatıKlassikAzərbaycanədəbiyyatıkafedrasınınmüdiri, professor Nərgiz Paşayevanın həmin kafedranın professoru Təhsin Mütəllimovun tərtibçiliyiredaktorluğu ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəs iMir Cəlalın seçilmiş əsərlərinin üçcildliyini nəfis şəkildə çap etmişdir.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |